İstanbulun fəthinin 564-cü ildönümü

İstanbul dünyanın bəlkə də ən gözəl şəhərlərindən biridir. Bu şəhər iki qitəni bir-birindən ayıran boğazın min bir rəngli gözəlliyiylə könüllər fəth ətməyə davam ədir.

740908
İstanbulun fəthinin 564-cü ildönümü
boğaziçi
istanbul kapalıçarşı.jpg
lale istanbul3.jpg
İstanbul Üniversitesi.jpg
istanbul lale festivali.jpg
istanbul.jpg

Osmanlı imperiyası əsil inkişaf və güclənməsini Bizans torpaqlarını fəth edərək təmin etmişdir. Həm Anadoluda həm Rumelində həyata keçirilən fəthlər nəticəsində Bizans sadəcə İstanbuldan ibarət bir şəhər dövlətinə çevrildi.  1453-cü ilə gəlib çatdıqda Osmanlı padşahı Sultan Mehmet İstanbulun hakimiyyətinin Bizans əlində olmasının Osmanlı dövlətinin təhlükəsizliyinə ciddi təhdid kimi görərək böyük bir ordu ilə İstanbulu mühasirəyə saldı. Uzun müddət davam edən mühasirədə Osmanlı ordusunun istifadə etdiyi texnologiya və toplar 29 may 1453-cü il tarixində İstanbulun fəth edilməsinə imkan yaratdı. İstanbul Osmanlıların paytaxt şəhəri oldu. Dünya tarixi dəyişərkən Orta əsr bitdi, Yəni Çağ başladı. Şəhərin fəth edilməsi dünya tarixinə dərin təsir edərək, qərbdə islahatlar aparılmasına və intibah dövrünün başlanmasına səbəb oldu.

İstanbul indiki zamanda da  dünyanın göz bəbəklərindən biridir. Kosmopolit quruluşu ilə hər irqdən olan insanları bir yerə toplayan bir şəhərdir və  bu dəyişməyəcək… 



Әlaqәli Xәbәrlәr