“Bir terror təşkilatını başqasıyla aradan qaldırmaq..." N.Kurtulmuş
Türkiyənin Baş nazir müavini və hökumət sözçüsü Numan Kurtulmuş Avropa İttifaqı ilə münasibətlərdə Türkiyənin fəsillər açılaraq müzakirə prosesinin davam etməsini istədiyini söylədi.
Nazirlər Kabinetinin toplantısından sonra təşkil edilən mətbuat konfransında N.Kurtulmuş deyib: "Dövlət başçımız keçən həftə etdiyi Brüssel səfərində bu mövzunu bir daha dilə gətirdi. Məqsəd tam üzvlük çərçivəsində əlaqələri inkişaf etdirməkdir. Avropa İttifaqında tam üzvlük istəyindən vaz keçmədik. Gərginliklərin azaldılması üçün fəsillər açılması həyati əhəmiyyət daşıyır."
Terror təşkilatı DAEŞ-ə qarşı mübarizə ilə bağlı NATO və digər ölkələrlə əməliyyat planı danışıldığı, lakin Türkiyənin bu mövzuda öz prioritetlərinin olduğunu bildirən baş nazir müavini deyib: "Türkiyə bölgənin DAEŞ-dən təmizlənməsində bu terror təşkilatına qarşı digərinin qoyulmasına qarşıdır. Bir terror təşkilatını başqa bir terror təşkilatıyla aradan qaldıra bilməzsiniz."