“Bəziləri Ərdoğanı buna görə sevmir…” B.Yıldırım
İngiltərənin paytaxtı Londonda gündəlik “Evening Standard” qəzeti dünənki sayında Türkiyənin Baş naziri Binəli Yıldırımla qəzetin baş redaktoru və İngiltərənin əvvəlki Maliyyə naziri Corc Osbornun apardığı müsahibəni dərc edib.
Türkiyənin Baş naziri Binəli Yıldırım Avropa İttifaqının əsl probleminin bürokratiya olduğunu bildirib.
İngiltərənin paytaxtı Londonda gündəlik “Evening Standard” qəzeti dünənki sayında Türkiyənin Baş naziri Binəli Yıldırımla qəzetin baş redaktoru və İngiltərənin əvvəlki Maliyyə naziri Corc Osbornun apardığı müsahibəni dərc edib.
Müsahibədə Avropa İttifaqı haqqında Binəli Yıldırım belə deyib: "İttifaqın əsas problemi siyasi deyil, bürokratik dövlət halına gəlməsidir. Bu səbəbdən hər hansı bir mövzuda qəraralma müddəti uzanır və insanlar bezir."
Avropa İttifaqının Türkiyədəki suriyalı qaçqınlarla bağlı münasibətinə də toxunaraq deyib: "Nə qədər həyat xilas etdik. Uşaqlara baxırıq. Torpaqlarımızda yer vermişik. Avropa bunu təqdir etməlidir. Bu yükü necə paylaşa biləcəyimizlə bağlı üzərinə məsuliyyət götürməlidir. Biz Avropaya hirsliyik deyə insanların təhlükəli sularda ölməsinə razı ola bilmərik. Avropanın və xalqlarının təhlükəsizliyi Türkiyədən başlayır. Türkiyədə lazımi təhlükəsizlik tədbirləri görməsək, Avropa əmin-amanlıqda olmaz. "
ABŞ prezidenti Donald Trampla bağlı suala isə Binəli Yıldırım belə cavab verib: "D.Tramp çox yaxşı bir başçıdır. Tez maraqlanır və tez qərar verir. Bu rəhbərliyin vəziyyəti daha yaxşı anlayacağına inanırıq."
Türkiyədə 15 İyul Çevriliş Cəhdindən sonra Qərb ölkələrindən gələn tənqidlərlə əlaqədar suala isə baş nazir belə deyib: “Dedikləri budur: “Lütfən bu qiyamçılarla yaxşı davranın.” Bu nədir? Belə şey qəbul edilə bilməz… Bəzi avropalı müttəfiqlərimiz hələ də təsir altındadır. Onlar terror təşkilatlarının nümayəndələrini dinləyir və gözüyumulu qəbul edirlər. Çünki Avropada İslamofobiya və anti-semitizm əhval-ruhiyyəsi var və yüksəlir. Avropalılar buna çarə qılmalıdır. Amma nə edir?"
“Ərdoğan necə adamdır?” sualıyla bağlı isə Yıldırım bunu deyib: “O, dünyanın ən mərhəmətli insanlardan biridir. Yaxından tanıdıqca həqiqətən sevirsiniz. Oyun oynamır. Fikrindəkini söyləyir. Diplomatiya labirintlərində itməyi sevmir. Bəzi insanların buna görə ondan xoşu gəlmir."
Әlaqәli Xәbәrlәr
“Tarix kimin səssiz qaldığını, kimin isə sülh tərəfdarı olduğunu xatırlayacaq”, A.Güvən
Türkiyənin BMT-dəki daimi nümayəndəsinin müavini Aslı Güvən də Baş Assambleyada çıxış edib