İstanbulda SICA 2-ci Xarici İşlər Nazirləri Forumu keçiriləcək

Türkiyə-Mərkəzi Amerika İnteqrasiya Sistemi (SICA) 2-ci Xarici İşlər Nazirləri Forumu  Aprelin 20-də İstanbulda keçiriləcək.

715316
İstanbulda SICA 2-ci Xarici İşlər Nazirləri Forumu keçiriləcək

Türkiyə-Mərkəzi Amerika İnteqrasiya Sistemi (SICA) 2-ci Xarici İşlər Nazirləri Forumu  Aprelin 20-də İstanbulda keçiriləcək.
 
 Türkiyə XİN-dən verilən məlumata görə, Türkiyənin ev sahibliyi edəcəyi foruma Dominikan Respublikası, Qvatemala, Beliz, Salvador, Honduras, Kosta-Rika xarici işlər nazirləri, Nikaraqua dövlət naziri və Panama nazir müavini səviyyəsində iştirak edəcək.
 
 İclas çərçivəsində Türkiyəyə gələcək Qvatemala xarici işlər naziri Carlos Raul Morales və Dominikan Respublikasının xarici işlər naziri Miguel Vargas aprelin 19-da paytaxt Ankarada da ikitərəfli görüşlər keçirəcəklər.
 
Bu səfər zamanı Qvatemalanın Ankara Səfirliyinin açılışı olacaq.
 
 Bu il Dominikan Respublikasının Ankaradakı Səfirliyinin açılmasından sonra  Latın Amerikası bölgəsinin Ankaradakı səfirlik sayının 13-ə yüksəldilməsi nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr