“Bu mövzuda Avropa Türkiyəyə dərs verməsin”, C.K.Yunker

Yunker mərkəzi Fransanın Lion şəhərində olan “Euronews” televiziya kanalının "Global Conversation" proqramında Türkiyə-Avropa İttifaqı əlaqələri və qaçqın böhranı ilə bağlı danışıb.

618007
“Bu mövzuda Avropa Türkiyəyə dərs verməsin”, C.K.Yunker

  Avropa İttifaqı Komissiyasının rəhbəri Cin Klaud Yunker (Jean-Claude Juncker) Türkiyənin 3 milyondan çox qaçgına qapılarını açdığını vurğulayaraq Avropanın Türkiyəyə dərs verməkdən çəkinməsini istədi.

  Yunker mərkəzi Fransanın Lion şəhərində olan “Euronews” televiziya kanalının "Global Conversation" proqramında Türkiyə-Avropa İttifaqı əlaqələri və qaçqın böhranı ilə bağlı danışıb.

  Türkiyənin Avropa İttifaqı üzvlərinin tənqidlərinə məruz qalmasıyla bağlı Yunker deyib: "Türkiyə əhəmiyyətli bir müttəfiqdir. Avropanın edə bilmədiyi işi Türkiyə etdi, 3 milyondan çox insana sığınacaq verdi. Bu qonaqpərvərlik açıq bir gerçəkdir. Mən də Avropanın bu mövzuda Türkiyəyə dərs verməkdən çəkinməsini istəyirəm.”

  Avropa İttifaqı və Türkiyə siyasi iqtidarı ilə bağlı sualı isə Cin Klaud Yunker belə cavablandırdı: “Rəcəb Tayyib Ərdoğanla söhbətlərimiz normal və isti şəraitdə keçir. Mən onu illərdir tanıyıram, o da məni."



Әlaqәli Xәbәrlәr