Ərdoğan edam cəzasını zəruri hesab edir

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan: “Demokratik ölkələrdə parlamentlərin verdiyi qərara hər kəs hörmət etmək məcburiyyətindədir”, - dedi.

589966
Ərdoğan edam cəzasını zəruri hesab edir

  Türkiyənin Konya şəhərinə səfərindən sonra Trabzona keçən Ərdoğan hava limanında onu qarşılayan vətəndaşlara xitab edib. Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 iyul çevriliş cəhdiylə bağlı edam cəzasının gətirilməsi tələblərinə toxunan dövlət başçısı bu hadisələr zamanı 241 adamın qiyamçılar tərəfindən şəhid edildiyini xatırladıb və xainlərin əsla əfh edilməyəcəyini söyləyib.

  Ərdoğan edam cəzası parlamentdən keçərsə, təsdiqləyəcəyini təkrarlayıb və deyib: “Qərblilər mənə deyir ki, siz edam istəyirsiniz. Sənin anan, atan, uşağın, bacın, qardaşın ölməyib ki”. Amma bizim canımız yanıb. Qüsura baxmayın, əgər bu parlament bu qərarı versə, demokratik ölkələr də parlamentlərin verdiyi qərara hörmət etmək məcburiyyətindədir”.

  Terror təşkilatları mübarizəylə bağlı Ərdoğan: “PKK nədirsə, FETÖ və DAEŞ də odur. Bütün terror təşkilatları mübarizəyə qətiyyətlə davam edəcəyik”, - deyib.

   Trabzonda xalqa xitab etdikdən sonra Ərdoğan vertolyotla məmləkəti Rizenin Güneysu qəsəbəsinə keçib.

 



Әlaqәli Xәbәrlәr