Amerikalı müsəlmanlar bir araya gəldi
Amerikalı müsəlmanların bir araya gəldiyi ən böyük tədbirlərdən biri olan və bu il 53-cüsü təşkil edilən Şimali Amerika İslam Cəmiyyəti (ISNA) Konqresi Çikaqo şəhərində işə başlayıb
600-ə yaxın stendin qurulduğu və 100-dən çox fəaliyyətin gerçəkləşdirildiyi Konqresdə Türkiyədən Baş nazir müşaviri Numan Kurtulmuşun başçılığıyla AK Partiya millət vəkilləri Rövzeyi Kavakçı Kan, Sena Nur Çelik, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç, Türkiyənin Çikaqodakı Baş konsulu Umut Acar və Cəmiyyət Diplomatiyası Təşkilatının koordinatoru Ali Osman Öztürkdən ibarət heyət iştirak edirdi.
Konqres Mərkəzində Anadolu Ajansın stendinə də baş çəkən Kurtulmuş bu media agentliyinin (AA) fəaliyyətinin əhəmiyyətinə toxunub.
Anadolu Ajans burada Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyinin (FETÖ/PDY) 15 İyul çevriliş cəhdini izah edən kitab və vizual vəsaitlər nümayiş etdirib və gələnlərə təqdim edib. Bu barədə N.Kurtulmuş: "Konqresə gələn müsəlmanlara 15 iyulda Türkiyədə baş verənlərin izah edilməsi çox mühümdür. Bu səbəbdən Anadolu Ajansa təşəkkür edirəm", - deyib
Konqres boyu amerikalı müsəlmanların bir araya gələcəyinin əhəmiyyətinə toxunan Kurtulmuş həm ABŞ-dakı, həm də bütün İslam dünyasındakı ümumi problemlər barədə fikir mübadiləsi aparılacağını söyləyib.