“Avropa İttifaqı viza rejimini lǝğv etmǝlidir”
Çavuşoğlu: "Avropa İttifaqına üzv ölkǝlǝrǝ sǝyahǝt zamanı Türkiyǝ vətəndaşlarına tǝtbiq olunan viza rejiminǝ oktyabr ayına qədər son qoyulmamalıdır"

Avropa İttifaqına üzv ölkǝlǝrǝ sǝyahǝt zamanı Türkiyǝ vətəndaşlarına tǝtbiq olunan viza rejiminǝ oktyabr ayına qədər son qoyulmaması halında mühacirlǝr ilǝ bağlı daha ǝvvǝl imzalanmış geri qəbul müqaviləsini nǝzǝrdǝn keçirǝcǝyik. Bunu Xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Almaniyanın Frankfurter Allgemeine qəzetinə müsahibǝ verǝn Xarici işlǝr naziri Mevlüt Çavuşoğlu, 18 martda Avropa İttifaqı ilǝ Türkiyǝ arasında imzalanan razılaşmanın Türkiyənin güzǝştlǝri sayǝsindǝ qüvvǝdǝ olduğunu xatırladıb. Ancaq bunun davam etmǝsinin Türkiyǝ vətəndaşlarına tǝtbiq edilǝn viza rejiminin lǝğvindǝn asılı olduğunu qeyd edib.
Türkiyənin bu tǝlǝbinin təhdid olaraq qǝbul edilmǝmǝsinin lazım gǝldiyini ifadǝ edǝn Çavuşoğlu; “Viza rejimi tǝtbiqinǝ son qoyulmaması halında Geri Qəbul müqavilǝsindǝn daşınmaq mǝcburiyyǝtindǝ qalacaqlarını, buna görǝ Avropa İttifaqının mövzu ilǝ bağlı atacağı addıma dair konkret tarix müǝyyǝn etmǝsini gözlǝdiklǝrini vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Türkiyedə 7.4 bal gücündə zəlzələ olub
Türkiyenin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. (YENİLƏNİB)

“Ermənistan Azərbaycan və Türkiyə prezidentlərinin əlini tutmalıdır”, H.Akar
Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib...