“6 minə yaxın adam nəzarətə alındı”, B.Bozdağ

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ hərbi çevrilişə cəhdlə əlaqədar icra edilən istintaq daxilində bura qədər 6 minə yaxın adamın nəzarətə alındığını açıqlayıb

531395
“6 minə yaxın adam nəzarətə alındı”, B.Bozdağ

   Bozdağ məhkəmə prosesinin getdiyini və nəzarətə alınanların sayının da artacağı ehtimalını söyləyib.

  İstintaq nəticəsində nəzarətdə alınanlar arasında 34 general var. Onlar arasında ən yüksək rütbəli olan 2-ci Ordu komandırı orgeneral Adem Hudutidir.

  Yüksək Əsgəri Şura üzvü olan əvvəlki Hava Qüvvələri komandiri orgeneral Akın Öztürk haqqında da “Vətənə xəyanət” ittihamı irəli sürülüb.  

  2-ci Ordu Qərargah rəisi və Malatya Qarnizon komandiri, general-mayor Avni Angun və 2-ci Orduda səlahiyyətli iki general Malatyada nəzarətə alınıb.

  Bursada nəzarətə alınan 3-cü Korpus komandiri, general-leytenant Erdal Öztürk İstanbula aparılıb.

  İstintaq çərçivəsində nəzarətə alınan Eğirdir Dağ İdarəetmə Məktəbi və Təlim Mərkəzi komandiri, general Metin Akkaya və Sparta Qarnizon komandiri, general-mayor Mustafa Kurutmaz “Konstitusiya nizamını silah gücü ilə dəyişdirməyə təşəbbüs” maddəsilə həbs olunub.

  Konya 3-cü Əsas Hava Bazası Komandanlığına girən polis qrupları Əsas Hərbi Hava Bazası Hərəkat komandiri, polkovnik Mustafa Ertürkün də aralarında olduğu 6 adamı nəzarətə götürüb.

  Balıkesir Qarnizon komandiri, general Ahmet Akyürek, Ege Ordu Komandanlığı Qərargah rəisi, general-mayor Memduh Akbilen və Hava Qüvvələri və Hava Mərmi Müdafiə komandiri, qərargah rəisi, təyyarəçi, general-mayor Suat Murat Kök də nəzarətə alınanlar arasındadır.

  Nəzarətə alınan adlardan biri də Şanlıurfa Briqada komandiri, general-mayor Metin Alpcandır.

  Milli iradəyə çevriliş cəhdindən sonra Fətullahçi terror təşkilatı mənsublarına istiqamətli əməliyyatlar Ege bölgəsində də davam edir. Denizlidə 51 rütbəli hərbi personal həbs olunub. Balıkəsirdə Bölgə Jandarma Alay komandiri, polkovnik Ömər Arik və komissar Musa Nizam nəzarətə alınıb. Balıkesirin Ayvalık qəsəbəsində isə İstanbul Hərbi Hava Məktəbinin dekanı, polkovnik Ahmet Gümüş və Hava Qüvvələri Komandanlığı Dəyərləndirmə və Nəzarət Şöbəsinin sədri, pilot, polkovnik Murat Karakuş nəzarətə götürülüb.



Әlaqәli Xәbәrlәr