R.T.Әrdoğan:‘‘Xainlәrin lazımi dәrsini verәcәyik’’
Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcək.
Bu barәdә Türkiyәnin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kilis şәhәrindә çıxışı zamanı deyib.
Kilis şәhәrindә tәşkil edilәn vә Suriyalıların da iştirak etdiyi ifrat yemәyindә çıxış edәn R.T.Әrdoğan: ‘‘İnanıram ki, Türkiyә Cümhuriyyәti vәtәndaşı olmaq istәyәnlәr var. Daxili İşlәr Nazirliyimizin bu mәsәlә ilә bağlı atddığı addımlar var'’ deyib.
DEAŞ, PYD və YPG terror təşkilatları ilə bağlı da sərt danışan Ərdoğan: "Suriyada nə DEAŞ müsəlmanları təmsil edir, nə də PYG-YPG kürd qardaşlarımızı təmsil edir’’ deyib.
Türkiyәnin tәxminәn 3 milyon suriyalıya qucaq açdığını xatırladan Әrdoğan: ‘‘Bizim ölkә olaraq rәsmi sәrhәdlәrimiz başqa, könül sәrhәdlәrimiz başqadır’’ deyib.
R.T.Әrdoğan çıxışı zamanı Türkiyədəki terror hücumlarına da toxunaraq 35 ildir terrorla mübarizә aparan Türkiyәnin bunlarında da öhtәsindәn gәlәcәyini bildirib.
Terrorla mübarizәnin eyni qәtiyyәtlә davam edәcәyini qeyd edәn Әrdoğan: ‘‘Xainlәrin lazımi dәrsini verәcәyik’’ deyib.