Xain terror hücumunda daha 2 şǝhid

Şırnak vilayǝtinin İdil qǝsǝbǝsindǝ terror tǝşkilatı PKK üzvü terrorçulara qarşı hǝyata keçirilǝn ǝmǝliyyat zamanı hücuma mǝruz qalan 2 hǝrbçi şǝhid olub.

444557
Xain terror hücumunda daha 2 şǝhid

Şırnak vilayǝtinin İdil qǝsǝbǝsindǝ terror tǝşkilatı PKK üzvü terrorçulara qarşı hǝyata keçirilǝn ǝmǝliyyat zamanı hücuma mǝruz qalan 2 hǝrbçi şǝhid olub.

Qǝsǝbǝdǝ PKK tǝrrorçularının yaxalanması, partlayıcı maddǝlǝrin yerlǝşdirildiyi çuxurların örtülmǝsi vǝ barrikadaların tǝmizlǝnmǝsi, ǝhalinin tǝhlükǝsizliyinin tǝmin edilmǝsi üçün elan edilǝn qadağan saatların götürülmǝsindǝn sonra tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn fevralın 18-dǝn bǝridir ǝmǝliyatlar hǝyata keçirilir.

Qǝsǝbǝdǝ terror tǝşkilatı PKK-ya qarşı ǝmǝliyyatda 4 terrorçu zǝrǝrsizlǝşdirilib. Bununla da mǝhv edilǝn terrorçu sayı 66-ya çıxıb.

Bir acı xǝbǝr dǝ sǝhǝr radǝlǝrindǝ Mardindǝn gǝlib.

Türkiyənin Mardin şəhərinin Nusaybin qəsəbəsində PKK terrorçularının hücumu nəticəsində 2 polis şəhid olub.

Xain hücum Bölgə Nəqliyyat Nəzarət Şöbəsinin İdarəsi və polis yataqxanalarına bomba yerlǝşdirilmiş maşın, minaatan və iri çaplı silahlarla həyata kéçirilib.

Şiddətli partlayış nəticəsində polis binası ilə yataqxanada yanğın çıxdı.

Nəticədə polis və yataqxanalarda yaşayan vətəndaşların də aralarında olduğu 35 nəfər yaralandı.

Digǝr tǝrǝfdǝn Diyarbǝkirin Sur qǝsǝbǝsindǝ hǝyata keçirilǝn ǝmǝliyyatlarda PKK-lı 4 terrorçu zǝrǝrsizlǝşdirilib 32 terrorçu isǝ tǝslim olub.



Әlaqәli Xәbәrlәr