V.Bozkır:"Saziş Suriya və İraqdan gələnlərə aid olmayacaq"
Avropa İttifaqı naziri Volkan Bozkır Türkiyədə iyun ayında qüvvəyə minəcək miqrantların geri qaytarılmasına dair sazişin Suriya və İraqdan gələnlərə aid olmayacağını deyib.

Avropa İttifaqı naziri Volkan Bozkır Türkiyədə iyun ayında qüvvəyə minəcək miqrantların geri qaytarılmasına dair sazişin Suriya və İraqdan gələnlərə aid olmayacağını deyib.
ABŞ-na rəsmi səfəri çərçivəsində Bostondan paytaxt Vaşinqtona gələn Volkan Bozkır burada təşkil olunan bir tədbirdə iştirak edərək, Aİ-nın viza rejimi məsələsini həll etmǝyǝcǝyi təqdirdə Türkiyənin miqrantları geri qaytarmaq haqqında razılaşmanı ləğv edə biləcəyini bildirib.
Bozkır Aİ-nın suriyalı qaçqınlar üçün Türkiyəyə verəcəyi 3 milyard avroluk vəsaitin məhz suriyalıların həyat şəraitini yaxşılaşdırmaq üçün xərcləyəcəklərini bir daha vurğulayıb.
Türkiyənin köç problemi ilə bağlı bir neçə dəfə xəbərdarlıqlar etdiyini xatırladan Volkan Bozkır Avropanın bu məsləyə yanaşma tərzini də tənqid edib.