2 polis üçün Şanlıurfada mərasim təşkil edildi

Vəhşicəsinə fəaliyyətlər və cinayətlər bu ölkədə kimsəni qorxuda bilmǝz

384327
 2 polis üçün Şanlıurfada mərasim təşkil edildi


Şanlıurfa Ceylanpınarda şəhid olan 2 polis üçün Şanlıurfa Təhlükəsizlik Müdirliyi qarşısında mərasim təşkil edildi.

Şanlıurfa Təhlükəsizlik Müdürliyindǝki mərasimdə Daxili İşlər naziri Sebahattin Öztürk, Şanlıurfa valisi İzzettin Kiçik, şəhidlərin ailələri, iş yoldaşları və vətəndaşlar iştirak etdi.

Mərasimdə çıxış edǝn daxili işlər naziri Sebahattin Öztürk: "Yatağında yatan iki insanı, bir başqa hadisədən ötəri öldürmənin heç bir şərhi ola bilməz. Vəhşicəsinə fəaliyyətlər və cinayətlər bu ölkədə kimsəni qorxuda bilmǝz "  dedi. 

Mərasimin ardından şəhid polislər  məmləkətlərinə göndərildi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr