Türkiyəni terrorla eyni xəttdə göstərməyə kimsənin haqqı yoxdur

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DEAŞ-ın Kobani vətəndaşlarına istiqamətli hücumlarını sərt şəkildə qınayıb.

320214
Türkiyəni terrorla eyni xəttdə göstərməyə kimsənin haqqı yoxdur

  İstanbulda “Anadolu Aslanları” İş Adamları Dərnəyi ASKON-un verdiyi iftar yeməyində çıxışı zamanı Ərdoğan deyib: “Vətəndaşları hədəfə alan bu hücumu ən güclü şəkildə lənətləyir, qarğış edirik. Bu günə qədər ölkəmizə sığınan, köməyə ehtiyacı olan, Türkiyəni etibarlı bir liman olaraq görən heç kimə qapımızı bağlamadıq, arxamızı (kürəyimizi) çevilmədik”.

  Ərdoğan bu hadisədən sonra 130-ya yaxın yaralı Suriya vətəndaşının Türkiyəyə gətirilərək xəstəxanalarda müalicəyə aldığını söyləyib.

  Kobanidə hücum və bundan sonra ortaya atılan şər iddialara Ərdoğan bu sözlərlə qarşılıq verib: “Türkiyəni terrorla eyni xəttdə göstərməyə kimsənin haqqı və həddi yoxdur!”

  Hər kəsi ağıllı mühakiməyə səsləyən Ərdoğan bundan sonra da Türkiyənin qonşuda baş verənlərə biganə və səssiz qalmayacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr