Ermənilərin "soyqırım" qanun layihəsi ABŞ masasında

ABŞ Nümayəndələr Palatasına 1915-ci il hadisələriylə bağlı erməni iddialarını dəstəkləyən qərar layihəsi təqdim edilib.

271808
Ermənilərin "soyqırım" qanun layihəsi ABŞ masasında

 Konqresdə erməni lobbisinin güclü dəstəkçilərindən olan Respublikaçı Partiyasının İllinois üzrə millət vəkili Robert Dold, Kaliforniya (California) millət vəkili David Paladao, Demokrat Partiyasının Nyu Cersi (New Jersey) üzrə millət vəkili Frank Pallone və Kaliforniya (California) millət vəkili Adam Şiff (Schiff) tərəfindən təqdim edilən layihədə ABŞ prezidentinə 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıması çağırışı var.

  1915-ci il hadisələrinin 100-cü ildönümündə bu məsələnin xüsusi əhəmiyyət daşıdığı vurğulanan qanun layhəsində deyilir:

  "Hər iki partiya üzvlərinin dəstəklədiyi layihə ABŞ prezidentinə erməni soyqırımıyla bağlı həqiqətləri və davam edən nəticələrini çatdırır, Türkiyə Cümhuriyyəti tərəfindən tam şəkildə tanınmasını ehtiva edir, tərəfsiz və qalıcı Türk-Erməni əlaqələri istiqamətində çalışmalar istəyir”.

  Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə müzakirə və səsvermə üçün təqdim edilən layihə burada təsdiqlənərsə, Nümayəndələr Məclisinin sədri Respublikaçı Con Beynerin (John Boehner) təqdirinə görə Nümayəndələr Məclisi Baş Assambleyasına göndəriləcək.

  Hal-hazırda 46 millət vəkilinin dəstək verdiyi layihənin Komitədə nə zaman baxılacağı barədə məlumat verilmir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr