Ərdoğanın seçki mitinqlǝri

Baş nazir Rəcəb Tayyib Ərdoğanın seçki mitinqlǝri davam edir.

119831
Ərdoğanın seçki mitinqlǝri

Baş nazir Rəcəb Tayyib Ərdoğanın seçki mitinqlǝri davam edir.
Baş nazirin dövlǝt rǝhbǝrliyinǝ namizəd olaraq getdiyi ilk dayanacağı Samsundakı ikinci günündǝ Böyükşəhər Bələdiyyə başçısı Yusuf Ziya Yılmazı ziyarət edib.
Baş nazir, Canik Bələdiyyəsinin müxtəlif açılış mərasimlərinə də qatılıb.
Baş nazir Ərdoğanın ikinci dayanacağı Ərzurum şǝhǝri olub.
Burada da coşğulu bir kütləyə səslənib.
Ərdoğan, ǝrzurumluların tarixi missiyasına sahib çıxacağına inandığını söyləyib.
Cümhuriyyǝt Xalq Partiyası və MHP-nin ortaq namizədinə da işarə edən Ərdoğan, müxalifətin seçkidə izlədiyi yolu tənqid edib.
Ərdoğan, hər iki partiyanın öz içindən namizəd göstǝrǝ bilmǝdiyini bu sǝbǝbdǝn dǝ siyasətlərinin olmadığını vurğulayıb.
Baş nazir Ərdoğan, daha sonra qatıldığı iftar proqramında isə terrorun sona çatması üçün hǝyata keçirilǝn həll yolu prosesinǝ toxunub.
Bu prosesi eynilǝ davam etdirəcəklərini vurğulayan Ərdoğan, terrorun bitdiyi, ölümlərin və gözyaşının sona çatdığı, Türkiyənin, 77 milyonun tam mənasıyla qardaş olduğu bir mühiti yaratma mübarizəsini davam etdirəcəklərini deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr