Ərdoğan Rusiyaya yola düşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

1864221
Ərdoğan Rusiyaya yola düşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə təkbətək, daha sonra isə heyətlərarası görüş keçirəcək.

Digər tərəfdən, Kreml sözçüsü Dmitriy Peskov Putin və Ərdoğan arasında Soçidə keçiriləcək görüşdən əvvəl açıqlamalar verib.

Peskov Türkiyənin Suriya ilə bağlı təhlükəsizlik sahəsində "qanuni" narahatlıqlarının olduğunu və bunları nəzərə aldıqlarını bildirib.



Әlaqәli Xәbәrlәr