Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasındakı görüş başa çatıb

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş 4 saat davam edib.

1864398
Rәcәb Tayyib Әrdoğan vә Vladimir Putin arasındakı görüş başa çatıb

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Suriyadakı bütün terror təşkilatlarına qarşı koordinasiyalı şәkildә mübarizә aparmaq mәsәlәsindәki qәtiyyәtlәrini ifadә ediblәr.

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan vә Rusiya Prezidenti Vladimir Putin  arasında keçirilən görüş 4 saat davam edib.

Görüşdәn sonra yayımlanan birgә bәyanatda Türkiyə ilə Rusiya arasındakı səmimi və etimada əsaslanan əlaqələrin əhəmiyyətinə diqqәt yetirilib. Liderlәr Suriyadakı bütün terror təşkilatlarına qarşı koordinasiyalı şәkildә mübarizә aparmaq  mәsәlәsindәki qәtiyyәtlәrini ifadә ediblәr. Liderlәr hәmçinin iki ölkə arasındakı konstruktiv münasibətlərin Ukraynadan taxıl və ərzaq mәhsullarının daşınması ilә әlaqәdar bağlanan sazişin әldә olunmasında böyük rol oynadığını qeyd ediblәr.



Әlaqәli Xәbәrlәr