Türkiyә hәrbçilәri tәhlükәli terrorçuları zәrәrsizlәşdirib

Bu barәdә Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb.

1852930
Türkiyә hәrbçilәri tәhlükәli terrorçuları zәrәrsizlәşdirib

 

Türkiyәnin Van şәhәrinin Çatak Gürpınar bölgәsindә üç terrorçu zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb.

Mәlumata әsasәn, ölkә daxilindә keçirilәn әmәliyyatlar çәrçivәsindә Van şәhәrinin Çatak Gürpınar bölgәsindә keçirilәn әmәliyyat nәticәsindә separatçı terror tәşkilatın üç üzvü zәrәrsizlәşdirilib. Әmәliyyat zamanı terrorçulara mәxsus silahlar da әlә keçirilib.

Әmәliyyat zamanı zәrәrsizlәşdirilәn terrorçulardan birinin Daxili İşlәr Nazirliyinin tәhlükәsi terrorçular siyahısında olduğu bildirilib.

Hәmin terrorçunun Vanın Çatak bölgәsindә ‘‘mәsul’’ sәviyyәdә fәaliyyәt göstәrәn vә bir milyon   lirә mükâfatla ‘‘narıncı’’ kateqoriyada axtarış siyahısına daxil edilәn ‘‘Arges’’ lәqәbli Osman Yıldırımçakar olduğu açıqlanıb.

Digәr terrorçunun isә Vanın Çatak Gürpınar  bölgәsindә ‘‘mәsul’’ sәviyyәdә fәaliyyәt göstәrәn vә bir milyon   lirә mükâfatla ‘‘narıncı’’ kateqoriyada axtarış siyahısına daxil edilәn ‘‘Jiyan Eruh Miran’’ lәqәbli Şehmiran Arahan olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr