Türkiyə əhalinin sayına görə 18-ci yerdədir

Türkiyə əhalinin sayına görə 195 ölkə arasında 18-ci yerdədir.

1852810
Türkiyə əhalinin sayına görə 18-ci yerdədir

Türkiyə əhalinin sayına görə 195 ölkə arasında 18-ci yerdədir.

Türkiyə Statistika Təşkilatı (TÜİK) Dünya Əhali Günü Statistikasını açıqlayıb.

Buna görə, Türkiyənin əhalisi 84 milyon 680 min 273 olub.

Bununla da 195 ölkə arasında 18-ci yerdə olan Türkiyə əhalisi dünya əhalisinin 1,1 faizini təşkil edir.

BMT-nin qiymətləndirmələrinə görə, 2021-ci il üçün dünya əhalisinin 7 milyard 874 milyon 965 min 732 nəfər olacağı təxmin edilir.

Bu təxminlər çərçivəsində ən çox əhalisi olan ölkə 1 milyard 444 milyon 216 min 102 nəfərlə Çin, ikinci yerdə 1 milyard 393 milyon 409 min 33 nəfərlə Hindistan və 332 milyon 915 min 74 nəfərlə Amerika Birləşmiş Ştatları gəlir.

Bu 3 ölkə dünya əhalisinin 40,3 faizini təşkil edir.



Әlaqәli Xәbәrlәr