Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın doqquz üzvü zәrәrsizlәşdirilib.

1852224
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın doqquz üzvü zәrәrsizlәşdirilib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb.

Mәlumatda deyilir: ‘‘Terrorçulara ağır zәrbәlәr endirmәyә davam edirik. İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә tәsbit edilәn doqquz terrorçu Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn zәrәrsizlәşdirilib’’.

Digәr tәrәfdәn Daxili İşlәr Nazirliyi Türkiyәnin Mardin şәhәrindә ‘‘Eren Abluka-20’’ әmәliyyatına start verib. Әmәliyyatla 679 hәrbi personalın iştirak etdiyi bildirilib.

Nazirlikdәn verilәn bәyanatda deyilir: ‘‘Eren Abluka әmәliyyatları xalqın dәstәyi ilә qәtiyyәtli şәkildә davam etdirilir''.



Әlaqәli Xәbәrlәr