Türkiyə Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı çağırış etdi
Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir...

Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Ukraynanın Kremençuk şəhərində bir ticarət mərkəzinin Rusiya raketləri ilə vurulması nəticəsində çox sayda mülki vətəndaşın həyatını itirməsi və yaralanması xəbərini böyük kədər hissi ilə qarşıladıq.
Son vaxtlar Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Kiyevdə mülki yaşayış məntəqələrini hədəfə alan bu cür hücumlar ölkədəki müharibənin vəhşiliyini bir daha ortaya qoyur və sülhə təcili ehtiyac var. Bununla bağlı biz bu dağıdıcı müharibəni mümkün qədər tez dayandırmağa və diplomatik həlli prioritetləşdirməyə çağırışımızı bir daha təkrar edirik”.
Әlaqәli Xәbәrlәr

İraqın şimalında 3 PKK terrorçusu zәrәrsizlәşdirilib
Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bildirilib.

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
Ukrayna limanlarından taxıl daşıyan iki gəminin dә Çernomorsk limanından yola düşdüyü bildirilib.