Türkiyə-İran arasında terrora qarşı mübarizə başda olmaqla bir çox sahədə  yeni addımlar atılır

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə İranın terrora qarşı mübarizdə əməkdaşlığı yüksək qiymətləndirib və hər iki ölkənin bu sahədə birgə addım atmasının əhəmiyyətini vurğulayıb.

1848943
Türkiyə-İran arasında terrora qarşı mübarizə başda olmaqla bir çox sahədə  yeni addımlar atılır
abdullahiyan-erdogan.jpg
abdullahiyan-cavusoglu.jpg
mevlut cavusoglu.jpg

Mövlud Çavuşoğlu dünən Ankarada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşündən sonra mətbuata açıqlamasında bu barədə danışıb.

M.Çavuşoğlu: “İranın xarici işlər nasziri Abdullahiyan ilə Türkiyə və İran arasında ikitərəfli əlaqələrin bütün aspektlərini müzakirə etdik. Müxtəlif sahələrdə koordinasiya və əməkdaşlığa töhfə verəcək addımları qiymətləndirdik”.

İki ölkə arasında ticarət həcminin daha da artırılmasının və mövcud mexanizmlərdən səmərəli istifadə edilməsinin zəruri olduğuna diqqət çəkən xarici işlər naziri Mövlud Çavuşoğlu bu məqsədlə qısa müddət ərzində “29-cu Birgə İqtisadi Komissiya iclasının” keçirilməsini gözlədiklərini qeyd edib.

İrana tətbiq olunan sanksiyalara da toxunan Xarici işlər naziri Çavuşoğlu sözlərinə belə davam edib: “İrana qarşı birtərəfli sanksiya tətbiqinə müxalif olduğumuzu həmişə səsləndir və doğru olmadığını vurğulayırıq. Bütün tərəflərin nüvə anlaşmasını yenidən aktivləşdirmək üçün lazımi addımları atmalarını arzulayırıq. Belə bir addımın atılması iqtisadi əlaqələrimizin güclənməsinə və ticarətimizdə planlaşdırılan hədəfə nail olmağımıza ciddi töhfə verəcəyinə inanırıq”.

Çavuşoğlu qeyd edib ki, həmkarımla görüşdə Türkiyə və İran arasında ikitərəfli əlaqələrlə yanaşı, Ukraynadakı müharibə, İraq və Əfqanıstan, Suriya və Yəməndəki vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə imkanımız oldu.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ankaradakı təmasları çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.

Prezident Kompleksində xarici işlər naziri Çavuşoğlunun da iştirakı ilə baş tutan qəbul mətbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr