İbrahim Kalın Finlandiya və İsveç rəsmiləri ilə görüşüb
Prezidentin sözçüsü İbrahim Kalın, Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətləri ilə bağlı Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında iki ölkə rəsmiləri ilə görüşüb.

NATO-dan yayılan məlumata görə baş katibi Yens Stoltenberqin xüsusi ofisinin direktoru Stian Yenssenin sədrliyi ilə keçirilən iclasda İbrahim Kalın, Finlandiya prezident administrasiyasının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə direktoru Petri Hakkarainen, eləcə də İsveç Baş Nazirliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Şurasından məsul dövlət katibi Oscar Stenström iştirak edib.
Stoltenberqin dəvətinə görə təşkil edilən iclasda Finlandiya və İsveçin üzvlük müraciətlərində irəliləyiş əldə etmək üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının diqqət mərkəzində olduğu bildirilib.
Әlaqәli Xәbәrlәr

"Müdrik və mərhəmətli türk diplomatiyası” XIII səfirlər konfransı
Avqustun 8-dən 12-dək davam edəcək konfrans Ankara, Nevşəhir və Kayseri şəhərlərində olacaq