“Hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq”, R.T.Ərdoğan

Paytaxt Ankarada Prezident Aparatında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib...

1848858
“Hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Suriya sərhədimizdəki təhlükəsizlik dəhlizindəki çatışmazlıqları tamamlamaq üçün hazırlıqlarımız bitən kimi yeni əməliyyatlara başlayacağıq” dedi.

  Paytaxt Ankarada Prezident Aparatında keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən R.T.Ərdoğan bildirib: “Suriya sərhədində yaradılan təhlükəsizlik dəhlizindəki çatışmazlıqların tamamlanmasına hazırlıqlar bitən kimi yeni əməliyyatlara başlayacağıq.

  Türkiyə Silahlı Qüvvələrinin bütün hissələrinə hazırlıq işlərində uğurlar diləyirəm”.

  R.T.Ərdoğan çıxışında 28 iyunda İspaniyada keçirilən NATO sammitinə də toxunaraq deyib: “Bu sammitə qatılacağam. Türkiyənin hüquq və mənafelərinə uyğun olaraq nə lazımdırsa, edəcəyik.

  NATO Zirvə Toplantısında PKK/YPG, FETÖ kimi terror təşkilatları haqqında nümayiş etdirilən ikiüzlülüklərə qarşı əlimizdəki sənəd, məlumat və görüntüləri göstərəcəyik.”



Әlaqәli Xәbәrlәr