“Türkiyə, NATO, İsveç və Finlandiya Sammiti keçiriləcək”, İ.Kalın

Türkiyənin özəl telekanalına müsahibəsində İ.Kalın deyib...

1848341
“Türkiyə, NATO, İsveç və Finlandiya Sammiti keçiriləcək”, İ.Kalın

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə, NATO, İsveç və Finlandiya Sammitinin keçiriləcəyini bildirib.

  Türkiyənin özəl telekanalına müsahibəsində İ.Kalın deyib: "NATO-nun baş katibi Yens Stoltenberqin xahişi və prezidentimizin iştirakı ilə iyunun 28-də Türkiyə, NATO, İsveç və Finlandiya Sammiti olacaq. Bu sammitdə iştirak etmək o demək deyil ki, biz öz mövqeyimizdən geri çəkilirik. Danışıqların mərhələləri var. Mən finlandiyalı və isveçli həmkarlarıma dedim ki, siz 2 əsrlik neytrallıq siyasətindən əl çəkib böyük paradiqma dəyişikliyi edərək NATO hərbi ittifaqına qoşulmağa qərar vermisiniz. Bu harmoniyaya nail olmaq üçün həm İsveçdə, həm də Finlandiyada çox ciddi dəyişikliklər etməlisiniz. Qanunvericilik, qanun və konstitusiyanızda dəyişiklik tələb olunacaq. Eyni dəyişikliyi PKK və ona bağlı PYG, PYD və bunlara bənzər qruplara qarşı da etməlisiniz. Bu, çətin və qeyri-mümkün iş deyil. Onlar addımlar atacaqlarını deyirlər. Biz onların öhdəliklərini qeyd etmişik. Öhdəlik götürməklə konkret addımlar atmaq arasında fərq var. Biz bunların hamısının həyata keçməsini istəyirik. Böyük nisbətdə razılıq əldə etmişik. Amma bəzi məsələlər var ki, hələ razılaşa bilmirik. Razılıq əldə olunsa, biz Madridə gedəcəyik.

  İsveç və Finlandiyanın PKK, PYD, YPG kimi strukturlara qarşı açıq və birmənalı mövqe tutmasını istəyirik. Bu, Suriyadakı PYD və YPG ilə münasibətlərə də aiddir”.



Әlaqәli Xәbәrlәr