Məhəmməd bin Salmandan Prezident Ərdoğana təşəkkür mesajı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünən Türkiyəyə reallaşdırdığı rəsmi səfərini tamamlayaraq Ankaradan ayrılıb.

1847275
Məhəmməd bin Salmandan Prezident Ərdoğana təşəkkür mesajı

TRT xəbər verir ki Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA” vəliəhd şahzadə Bin Salmanın paytaxt Ankaradan ayrılarkən verdiyi açıqlamasını paylaşıb.

Vəliəhd şahzadəsi Məhəmməd bin Salman: “Qardaş ölkənizi tərk edərkən mənə və nümayəndə heyətimizə göstərilən səmimi qonaqpərvərliyə görə Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.”

Ankaraya səfəri zamanı ikitərəfli münasibətlərin gücləndirilməsi və bir çox sahələrdə inkişafını müzakirə etdiklərini ifadə edən vəliəhd şahzadəsi Bin Salman Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrinin bölgədə təhlükəsizlik və sabitliyin artırılması məqsədi ilə iki qardaş ölkənin maraqları və hüquqlarına uyğun olaraq inkişaf etdirildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr