Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edib.

1843871
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxış edib

NATO-ya üzvlük məsələsində, İsveç və Finlandiya terrorla mücadilə məsələsində qəti, nəticəli və qərarlı addımlar atana qədər mövqeyimiz heç bir şəkildə dəyişməyəcək.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında etdiyi çıxışında ifadə edib.

Keçən həftə İzmirdə keçirilən “Efes 2022” hərbi təlimi münasibəti ilə Egey dənizindəki inkişaflarla bağlı mesajları bütün aydınlığı ilə həmsöhbətlərinə çatdırdıqlarını qeyd edən dövlət başçısı Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz olaraq silahlanmasına bir daha kəskin şəkildə etirazını ifadə edib, gündəlikdə olan digər məsələlər, eləcə də ölkə iqtisadiyyatının yüksəlişi, ixracatın artırılması istiqamətində atılan addımlar və qazanılan nəticələr, həmçinin siyasi məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüb.

Prezident Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı olaraq da “NATO məsələsində İsveç və Finlandiya terrorla mübarizədə aydın, konkret və qətiyyətli addım atana qədər biz qətiliklə mövqeyimizi dəyişməyəcəyik" deyib.

Türkiyənin milli-dövlətçilik siyasətində atılan addımlardan bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, bundan sonra milli hava yolları şirkəti beynəlxalq uçuşları “Turkish Airlines” kimi deyil “Türk Hava Yolları” adı ilə həyata keçirəcək.

 



Әlaqәli Xәbәrlәr