Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.
Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Egey bölgəsində ABŞ helikopterləri, haubitsaları və zirehli texnikası, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya hərbçiləri, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın hərbi gəmiləri iştirak edəcək.
Təlimə 37 ölkədən mindən çox əcnəbi hərbçi qatılacaq. Egey bölgəsindəki ən böyük müştərək manevr olan “Efes-2022” cari ildə Türkiyə Silahlı Qüvvələrinin bölmələri və ümumilikdə 10 mindən çox şəxsi heyətin iştirakı planlaşdırılır.
2016-cı ildə 8 ölkənin, 2018-ci ildə isə 20 ölkə iştirak etdiyi halda, bu il 37 ölkənin qatılacağı “Efes-2022” ən iri miqyaslı təlim olacaq.
Әlaqәli Xәbәrlәr

Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb
Suriyada separatçı terror tәşkilatı PKK/YPG-nin 18 üzvü zәrәrsizlәşdirilib.