Rәcәb Tayyib Әrdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxış edib

‘‘Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur’’

1834078
Rәcәb Tayyib Әrdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxış edib
Erdogan-Azerbaycan

‘‘Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur’’

Bu sözlәri  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Bakıya sәfәr edәn Prezident Rәcәb Tayyib Ərdoğan Türkiyədən kənarda ilk dəfə paytaxt Bakıda keçirilən ‘‘TEKNOFEST Azәtbaycan’’na qatılıb.

Can Azərbaycanın müstəqillik günündə bu ölkədə olmaqdan çox mәmnun olduğunu  ifadә edәn Rәcәb Tayyib Ərdoğan iki ölkə arasındakı birlik vә bәrabәrliyi daha da  gücləndirdiklərini söyləyib.

"Türkiyə kimi bura da bizim vətənimizdir. Türkiyənin hər qarışı da sizin vətəninizdir” deyən Rәcәb Tayyib Ərdoğan ikitərəfli münasibətləri yalnız bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırdıqlarını bildirib.

Rәcәb Tayyib Әrdoğan qarşılaşdığı bütün haqsızlıqlara və qanunsuzluqlara baxmayaraq, diplomatiya, iqtisadiyyat və mədəniyyət sahәlәrindә  dastana imza atan Azərbaycanla fəxr etdiklərini vurğulayıb.

Türkiyә Prezidenti Rәcәb Tayyib Ərdoğan deyib ki, Türkiyə regional sülh və sabitlik naminə İlham Əliyevin Ermənistanla qurmaq istədiyi daimi sülhü güclü şəkildə dəstəkləyir.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Azәrbaycan Prezidenti İlham Әliyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşounu izlәyiblәr.

Liderlәr daha sonra Asan Xidmət Mərkəzinin açılışında iştirak ediblər.

Dünyanın ən məşhur aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”i “Bir millət, iki dövlət, tək festival” şüarı ilə Bakıda gerçəkləşdirdik.

Bu sözləri isə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi tviter hesabında paylaşıb.

“Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyik” - deyə paylaşımda qeyd olunub.

Dövlət başçısı digər paylaşımında isə “Akıncı ile Azərbaycanda” yazıb.

Mayın 28-də Bakıda ayrıca 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçılarına məlumat verilib ki, paytaxtda tikilmiş yeni “ASAN Həyat” Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

 



Әlaqәli Xәbәrlәr