Prezident Ərdoğan yeni antiterror əməliyyatı keçiriləcəyinə dair siqnal verib

Prezident Rəcəb Tayyib Ərdoğan yeni antiterror əməliyyatı keçiriləcəyinə dair siqnal verib.

1832621
Prezident Ərdoğan yeni antiterror əməliyyatı keçiriləcəyinə dair siqnal verib

Prezident Rəcəb Tayyib Ərdoğan yeni antiterror əməliyyatı keçiriləcəyinə dair siqnal verib.

Dövlət başçısı "Hərbçilərimizin bir damla qanını belə yerdə qoymadıq və qoymayacağıq. Bu xain hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik" deyib.

Ərdoğan bunu Prezident İqamətgahında Türk Hava Yolları Avropa Liqasının çempionu "Anadolu Efes" Basketbol Klubunun menecerlərini, texniki komitəsini və idmançılarını qəbulu zamanı ifadə edib.

Prezident Ərdoğan İraqın şimalında davam edən "Pəncə-Kilit"" əməliyyatında şəhid olan 5 əsgərə Allahdan rəhmət diləyib.



Әlaqәli Xәbәrlәr