“İqtisadi və Maliyyə Dialoq” yığıncağında əhəmiyyətli qərarlar qəbul edilib

Türkiyə, Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələri yeni növ koronavirus (Covid-19) epidemiyası əleyhinə mübarizədə və Rusiya-Ukrayna müharibəsində həll yolunun axtarışında iqtisadi dialoqun əhəmiyyətinə diqqət çəkiblər.

1832696
“İqtisadi və Maliyyə Dialoq” yığıncağında əhəmiyyətli qərarlar qəbul edilib

Türkiyə, Aİ ölkələri, Aİ Komissiyası, Avropa Mərkəzi Bankı (AMB) ilə Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya rəsmilərinin iştirakı ilə keçirilən növbəti “İqtisadi və Maliyyə Dialoq” yığıncağının yekun bəyannaməsində: “Covid-19 epidemiyası başda olmaqla 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirləri səbəbi ilə Türkiyə, Aİ və Qərbi Balkanlar sağlamlıq, iqtisadi və sosial çətinliklərlə üz-üzə gəlib. Bu vəziyyətdən xilas olmanın yolu iqtisadi siyasət dialoqunu davam etdirməkdir. Yeni epidemiya ehtimalına və ya müharibənin təsirlərinə qarşı müvəqqəti və məqsədyönlü maliyyə tədbirlər həyata keçirilməlidir.”

İştirakçıların iqtisadi və maliyyə dialoquna sadiq olduqları vurğulanan bəyannamədə yaşıl və rəqəmsal transformasiyanın Aİ-nin maliyyə dəstəyi ilə sürətləndiriləcəyi vəd edilib. İqtisadi siyasət dialoqunun 2023-cü ildə də davam etməsinin vacib olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr