Türkiyə İraqda törədilən terror aktını pisləyib
Türkiyə İraqın Kərkük vilayətinin Tazehurmatu və Bəşir rayonlarında törədilən terror aktını pisləyib.
1831726

Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Dünən axşam saatlarında İraqın Kərkük vilayətinin Tazehurmatu və Bəşir rayonlarında törədilən terror aktı nəticəsində ilk məlumatlara görə 7 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə yaralandığını dərin hüznlə öyrəndik. Türkiyə bu mənfur terror aktını şiddətlə qınayır, hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir, cinayətkarların tez bir zamanda tutularaq məsuliyyətə cəlb olunmasını gözləyir”.
Açıqlamada həmçinin qeyd edilib ki, Türkiyə terrorla mübarizədə dost və qonşu İraq xalqının və hökumətinin yanında olmaqda davam edəcək.
Әlaqәli Xәbәrlәr

İraqın şimalında 10 terrorçu zәrәrsizlәşdirilib
Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.