Ərdoğan: "İsveçin bizə tətbiq etdiyi silah embarqosunu bir kənara qoya bilmərik"
Prezident Rəcəb Tayyib Ərdoğan “Hızır reis” sualtı qayığının yedəklənməsi və “Selman reis” sualtı qayığının ilk qaynaq mərasimində çıxış edib.

"Türkiyə nə müdafiə, nə də terrorla mübarizədə NATO müttəfiqlərindən gözlənilən dəstəyi almayıb".
Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan “Hızır reis” sualtı qayığının yedəklənməsi və “Selman reis” sualtı qayığının ilk qaynaq mərasimində çıxışı zamanı bildirib.
“Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qaldıb”, - dövlət başçısı deyib.
Onun sözlərinə görə, Türkiyə NATO-dan terrorla mübarizə üzrə diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyir.
İsveçin NATO-ya üzvlük müraciətinə də toxunan prezident deyib:
“Biz İsveçin bizə tətbiq etdiyi silah embarqosunu bir kənara qoya bilmərik və bunun üçün ağlabatan izahat yoxdur. NATO-da oynadığımız rol aydın olsa da, biz hələ də müttəfiqlərimizlə sanksiyaların ləğvi barədə danışırıq. Gözləntilərimiz doğrulmalı".
Әlaqәli Xәbәrlәr

İzmir sahillәrindә 39 qaçqın xilas edilib
Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.