Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə kabinet iclası keçiriləcək

İclasın əsas gündəmi NATO olacaq.

1830445
Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə kabinet iclası keçiriləcək

Bu gün Beştəpədə keçiriləcək Nazirlər Kabinetinin iclasına prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

Nazirlər Kabinetinin əsas gündəliyi NATO olacaq. İclasda qarşıdan gələn dövrdə təqib ediləcək yol xəritəsi üzərində dayanılacaq.

NATO-ya üzv ölkələrin terror təşkilatlarına dəstəyini kəsməsi qarşısında ortaya qoyulan mövqe müzakirə olunacaq.

Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün diplomatik səylər, Şərqi Aralıq dənizindəki son vəziyyət, Liviya və Əfqanıstandakı hadisələr də müzakirə olunacaq.

Terrorla mübarizə əməliyyatları da iclasın digər mühüm mövzudur. Davam edən daxili və transsərhəd əməliyyatlardakı son vəziyyət müzakirə olunacaq.

Şimali İraq və Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı keçiriləcək yeni əməliyyatlar dəyərləndiriləcək.

Prezident Ərdoğan iclasda qəbul edilən qərarları Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bəyan edəcək.



Әlaqәli Xәbәrlәr