Prezident ərdoğan müxtəlif şəhərlərdən olan gəncləri qəbul edib
Prezident Rəcəb Tayyib Ərdoğan: “Biz həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti izləyirik”.

Prezident Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə müxtəlif şəhərlərdən paytaxt Ankaraya gələn gənclərlə görüşüb. Onların ünvanladıqları sualları cavablandırıb.
Prezident Ərdoğan, “Rusiya-Ukrayna müharibəsi zamanı prinsipial və qərəzsiz münasibət göstərdiniz. Bu münasibət nəticəsində xüsusilə Rusiya və Qərbdən hər hansı təzyiq oldumu? Əgər belədirsə, Türkiyə bununla necə məşğul oldu?”, sualına cavabən: “Biz həm Rusiya, həm də Ukrayna ilə bağlı balans siyasəti yürüdürük. Bu siyasətdə mən nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqələri kəsmək niyyətində deyiləm. Hər ikisi ilə telefon diplomatiyamı davam etdirirəm. Putin və Zelenski-yə xüsusi nümayəndəmi göndərmişəm və göndərirəm. Növbəti dövrdə də bunu davam etdirəcəyik”.