Türkiyә prezidenti gәnclәrlә görüşdü
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 19 May Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә gәnclәrlә görüşüb.
1829104

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan 19 May Atatürkü Anma, Gәnclik vә İdman Bayramı münasibәtilә gәnclәrlә görüşüb.
Mәlumata görә, görüş Türkiyә Prezidenti Administrasiyasının Millәt Kitabxanasında baş tutub. Rәcәb Tayyib Әrdoğan görüş çәrçivәsindә gәnclәrin suallarını cavablandırıb.
Görüşlә bağlı rәsmi internet sәhifәsindә paylaşım edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Gәnclәrimizlә Türkiyә Prezidenti Administrasiyasının Millәt Kitabxanasında görüşdüm vә suallarını cavablandırdım. Onlarla görüşdüyüm üçün çox şadam''.