R.T.Әrdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib

Prezident Rəcəb Tayyib Ərdoğan türk gənclərinin potensialına güvəndiklərini bildirib.

1829239
R.T.Әrdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib

Prezident Rəcəb Tayyib Ərdoğan türk gənclərinin potensialına güvəndiklərini bildirib.

Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə paylaşım edib.

Rәcәb Tayyib Әrdoğan Qazi Mustafa Kamal Atatürkün gәnclәrә bəxş etdiyi 19 Mayın xalqın  istiqlal eşqinin dünyaya bəyan edildiyi, müqavimət ruhunun dirçəldiyi tarix olduğunu bildirib.

Türk xalqının  1919-cu il mayın 19-da müstəmləkəçi işğalçı qüvvələrə qarşı birlikdə ayağa qalxdığını, әbәdi Türkiyə Cümhuriyyətinin qurulması uğrunda mübarizə apardığını və nəhayət  böyük uğura imza atdığını bildirәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Bu gün tariximizdən aldığımız müstəqillik gücü və ruhu ilə gələcəyə doğru әmin addımlar atırıq. Türkiyənin inkişafını, böyüməsini əngəlləmək istəyənlərə qarşı amansız mübarizə aparırıq. Gәnclәrimizi hәr sahәdә dәstәklәyirik vә onlara yeni imkanlar yaradırıq. Ölkәmizin 2023-ci il hәdәflәrini hәyata keçirmәk üçün gәnclәrimizlә birlikdә addım atmağa davam edәcәyik’’.



Әlaqәli Xәbәrlәr