"Pəncə-Kilit" əməliyyatında daha 10 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında bölücü terror təşkilatı PKK-ya qarşı keçirilən "Pəncə-Kilit" əməliyyatında 10 terrorçunun atəş dəstək vasitələri ilə zərərsizləşdirildiyini bildirib.

1827194

Nazirlikdən verilən açıqlamada "Terrorçuların sığındıqları yerləri dağıtmağa davam edirik. İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 10 PKK terrorçusu atəş dəstək vasitələrilə zərərsizləşdirilib. Bununla da "Pəncə-Kilit" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 95-ə yüksəlib". 

Nazirlik başqa bir açıqlamada Suriyanın şimalındakı "Zeytun budağı" əməliyyatı bölgəsində 4 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

Açıqlamada əməliyyatların sürətini azaltmadan davam etdiriləcəyi qeyd edilib.

Әlaqәli Xәbәrlәr