Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyündən narazıdır, çünki…

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsi lazım olduğunu bildirib və...

1827093
Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyündən narazıdır, çünki…

 

  NATO baş katibinin müavini Mirça Geoana Türkiyənin Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı narahatlığını ifadə etdiyini və kompromis üçün şəraitin yaradılacağına inandığını bildirib.

  Almaniyanın paytaxtı Berlində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında "Covid-19"a yoluxan NATO-nun baş katibi Yens Stoltenberqin yerinə müvəqqəti idarə edən Geoana girişdə jurnalistlərin suallarını cavablandıraraq deyib: “Mayın 14-ündə Türkiyə ilə Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı danışıqlar apardıq. Bu, açıq və konstruktiv görüş oldu. NATO-nun mühüm müttəfiqi olan Türkiyə rəsmiləri narahatlıqlarını dilə gətirdilər. İnanıram ki, İsveç və Finlandiya yaxın günlərdə NATO üzvü olmaq qərarına gəlsələr, lazımi şəraiti yaradacağıq. Bu iki ölkəni alqışlamaq və konsensus əldə etmək lazımdır”.

  Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsi lazım olduğunu bildirib və “Bu iki ölkə - İsveç və Finlandiya açıq şəkildə onlara dəstək verir”.

  M.Çavuşoğlu 14 may axşamı isveçli həmkarı Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə hər iki ölkənin NATO-ya üzvlük müraciətləri ilə bağlı üçtərəfli görüş keçirib.



Әlaqәli Xәbәrlәr