Mövlud Çavuşoğlu vә Yens Stoltenberq arasında telefon danışığı olub
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlә telefon әlaqәsi saxlayıb.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlә telefon әlaqәsi saxlayıb.
Bu barәdә Xarici İşlәr Nazirliyi bәyanat yayıb. Bәyanatda görüşlә bağlı әtraflı mәlumat verilmәyib.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dünәn Finlandiya vә İsveçin NATO-ya üzvlüyü ilә bağlı bәyanat verib.
Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Hazırda İsveç və Finlandiya ilə bağlı prosesləri izləyirik. Ancaq müsbət münasibətimiz yoxdur. Əvvəllər bizdən əvvəlki administrasiyalar Yunanıstanla bağlı NATO mövzusunda səhvlərə yol verdilər. Yunanıstanın NATO-nu arxasına götürərək Türkiyəyə mövqeyini bilirsiniz. Türkiyə olaraq bu mövzuda ikinci səhv etmək istəmirik. Skandinaviya ölkələri sanki terror təşkilatları üçün qonaq evləri kimidir. PKK, DHKPC də onların parlamentlərində yer alır. Ona görə də bizim buna (Finlandiyanın NATO-ya üzvlük prosesinə) müsbət baxmağımız mümkün deyil’’.
Әlaqәli Xәbәrlәr

Rәcәb Tayyib Әrdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxış edib
‘‘Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur’’