Türkiyə BMT-nin Ukrayna ilə bağlı xüsusi iclasında bəyanat verdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının Ukraynada keçirilən xüsusi iclasında Türkiyə sülh yolu ilə həll üçün tərəflər arasında dialoq kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb

1826256
Türkiyə BMT-nin Ukrayna ilə bağlı xüsusi iclasında bəyanat verdi

 

  Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının Ukraynada keçirilən xüsusi iclasında Türkiyə sülh yolu ilə həll üçün tərəflər arasında dialoq kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.

  Türkiyənin BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyinin sessiya zamanı verdiyi bəyanatında bildirilir: “Biz Ukraynanın, o cümlədən Krımın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik.

  Türkiyə Ukraynaya qarşı BMT Konvensiyasını pozan hərbi hücumları qəbul etmir.

  Biz münaqişələrin Ukraynaya və dünyaya uzunmüddətli təsirlərindən narahatıq. Beynəlxalq ictimaiyyət bu cür regional və qlobal çağırışların potensial risklərini daşımaq iqtidarında deyil.

  Ukraynanın paytaxtı Kiyevdə, Buça və Mariupol rayonlarında humanitar vəziyyətin görüntüləri dəhşətlidir.

  Biz Ukrayna xalqının kədərini bölüşürük.

  Günahsız əhalinin və mülki infrastrukturun hədəfə alınması qəbuledilməzdir.

  Sadə vətəndaşlara hücum edənlər buna görə cavab verməlidirlər.

  Hesab edirik ki, humanitar vəziyyəti yaxşılaşdırmaq və sülh yolu ilə həllə nail olmaq üçün dialoq kanalları açıq saxlanılmalıdır.

  Türkiyə sülhün təmin edilməsi üçün səylərini davam etdirəcək”.

  Qeyd edək ki, aprelin 1-də Kiyev yaxınlığındakı Buça rayonunu Rusiya hərbçilərindən azad edərkən Ukrayna ordusu binaları dağıdılmış, meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığındakı azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

  Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.



Әlaqәli Xәbәrlәr