Türkiyə Bazel şəhərində həyata keçirilən hücumu qınadı

Türkiyə İsveçrənin Bazel şəhərində keçirilən "23 Aprel Beynəlxalq Uşaq Festivalı"na terror təşkilatı PKK tərəfdarlarının hücumunu şiddətlə qınayıb.

1823770
Türkiyə Bazel şəhərində həyata keçirilən hücumu qınadı

Türkiyə İsveçrənin Bazel şəhərində keçirilən "23 Aprel Beynəlxalq Uşaq Festivalı"na terror təşkilatı PKK tərəfdarlarının hücumunu şiddətlə qınayıb.

Xarici İşlər Nazirliyindən hücumla bağlı verilən yazılı açıqlamada "Bu gün (8 aprel) İsveçrənin Bazel şəhərində təşkil edilən "23 Aprel Beynəlxalq Uşaq Festivalı"na qarşı terror təşkilatı tərəfdarları tərəfindən həyata keçirilən hücumu şiddətlə qınayırıq" ifadəsindən istifadə edilib.

Açıqlamada bildirilib ki, bir terror təşkilatı və ona rəğbət bəsləyənlərin Avropanın mərkəzində uşaq festivalını hədəfə alacaq qədər alçalmaları terror təşkilatının çirkin simasını bir daha beynəlxalq ictimaiyyətə göstərib. Hücum zamanı yaralanan vətəndaşlarımızın tezliklə sağalmasını diləyir, bu mənfur əməli törədənlərin tez zamanda məsuliyyətə cəlb olunaraq layiq olduqları cəzanı almasını gözləyirik.

Qeydç edək ki, Bazeldə keçirilən tədbirə qatılan Türkiyə vətəndaşlarını bölücü təşkilatın tərəfdarları şifahi təhqir etmişdi.
Terror təşkilatı PKK-nın lehinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə şüarlar səsləndirən təxminən 30 nəfərlik qrup daha sonra festival ərazisindəki baryerləri endirərək iştirakçılara hücum edib.

Hücum nəticəsində 6 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr