“Türkiyənin Aİ-yə üzvlüyü daha çox kimlərə sərfəlidir?” F.Kaymakçı

9 May Avropa Günü münasibətilə Türkiyə-Avropa İttifaqı əlaqələrindən danışan səfir Anadolu Agentliyinə müsahibəsində F.Kaymakçı deyib...

1823630
“Türkiyənin Aİ-yə üzvlüyü daha çox kimlərə sərfəlidir?” F.Kaymakçı

 

  Türkiyə xarici işlər nazirinin müavini və Avropa İttifaqı (Aİ) üzrə direktoru, səfir Faruk Kaymakçı Türkiyənin Aİ-yə üzvlüyünün təkcə Türkiyə deyil, dünya üçün də böyük qazanc olacağını bildirib.

  9 May Avropa Günü münasibətilə Türkiyə-Avropa İttifaqı əlaqələrindən danışan səfir Anadolu Agentliyinə müsahibəsində F.Kaymakçı deyib: “Avropa Günü Türkiyədə qeyri-hökumət təşkilatları, özəl sektor, universitetlər, dərnəklər, idman klubları kimi müxtəlif qurumların iştirakı ilə hər il qeyd edilir.

  Türkiyə xalqının Aİ-yə üzvlük prosesinə dəstəyi son dərəcə yüksəkdir.

  Son 3 ildir Türkiyə-Avropa İttifaqı münasibətlərində müəyyən durğunluq var. Bunun ən mühüm səbəbi Kipr Rum Administrasiyasının (Cənubi Kipr Respublikası_red.) Kipr adası ətrafında və Yunanıstanın dəniz yurisdiksiyası ərazilərində atdığı birtərəfli təxribatçı addımlardır.

  Yunanıstan Türkiyənin Egey dənizindəki səlahiyyətlərini çıxılmaz vəziyyətə salmaq üçün Navtekslər elan edib və bəzi Aİ ölkələri də bu gərginliyə tərəfdar  olmağa üstünlük verir.

  Aİ ilə görüşlərdə 1-2 il əvvəllə müqayisə ediləcək müəyyən irəliləyişlər nəzərə çarpır.  

  Türkiyənin məqsədi üzvlük danışıqlarını canlandırmaqdır.

  Avropanın sülh, sabitlik, iqtisadiyyat, təhlükəsizlik, müdafiə və enerji təhlükəsizliyinə ən çox töhfə verə biləcək ölkə Türkiyədir. Ümid edirik ki, Türkiyənin Aİ-yə üzvlük məsələsinə bu prizmadan baxılacaq və bu proses sürətləndiriləcək. Çünki Türkiyənin Aİ-yə üzvlüyü təkcə Türkiyə deyil, həm Aİ, dünya və üçüncü ölkələr üçün böyük sərfəlidir.

  Türkiyə Avropa Günü münasibətilə təbrik edir və ölkənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsini arzulayır”.



Әlaqәli Xәbәrlәr