Ərdoğan BMT baş katibi, Oman sultanı və Qətər əmiri ilə telefonda danışdı

Bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb

1820958
Ərdoğan BMT baş katibi, Oman sultanı və Qətər əmiri ilə telefonda danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

  Bildirilib ki, Rusiya-Ukrayna böhranının da müzakirə edildiyi telefon danışığı zamanı BMT baş katibi Türkiyə prezidentinə rəsmi Moskva və Kiyev müzakirələri barədə məlumat verib. Ərdoğan həm təxliyələr, həm də humanitar yardım məsələləri ilə bağlı BMT-nin apardığı işlərə Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib.

  Həm Ukraynanı, həm də Rusiyanı sağlam düşüncə və razılaşmanı əsas götürəcək şəkildə hərəkət etmələri istiqamətində çağırışlara davam edəcəklərini bildirən Türkiyə prezidenti bu böhrandan çıxmaq, sülhün bərqərar olması üçün əzm və səmimiyyətlə səylərini davam etdirəcəklərini söyləyib.

  Ərdoğan BMT-nin baş katibi Quterreşi ad günü münasibətilə də təbrik edib.

  Türkiyə prezidenti Oman Sultanı Heysəm ibn Tariq ibn Teymur əl-Səid ilə də telefonda danışıb. Söhbət zamanı Türkiyə-Oman əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional məsələlər müzakirə edilib, Ərdoğan Omanla hər sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiklərini bildirib.

  Prezident Ərdoğan daha sonra Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani ilə telefon danışığı aparıb. Türkiyə-Qətər münasibətləri və regional hadisələrin müzakirə edildiyi söhbətdə iki ölkə başçısı Türkiyə-Qətər münasibətləri və regional məsələlərdə yaxın əməkdaşlıq və dialoqda olmaq əzmində olduqlarını bir daha vurğulayıblar.



Әlaqәli Xәbәrlәr