Rәcәb Tayyib Әrdoğan Milli Tәhlükәsizlik Şurasının iclasına sәdrlik edib

Türkiyәnin Milli Tәhlükәsizlik  Şurasının iclası prezident Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilib.

1769474
Rәcәb Tayyib Әrdoğan Milli Tәhlükәsizlik Şurasının iclasına sәdrlik edib

Türkiyәnin Milli Tәhlükәsizlik  Şurasının iclası prezident Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilib.

Prezident İqamәtgahında keçirilәn iclasda Rusiya Federasiyası ilə Ukrayna arasında artan gərginlik müzakirə edilib.

Şura bütün tərəflərə sağlam düşüncə ilə gərginliyi azaltmaq üçün çağırış edib.

Qeyd edәk ki, Milli Tәhlükәsizlik  Şurasının iclasından sonra bәyannamә yayımlanıb.Bәyannamәdә vurğulanıb ki, iclasda 2021-ci ildә Türkiyәnin milli tәhlükәsizliyi üçün әhәmiyyәt kәsb edәn siyasi, hәrbi, iqtisadi vә sosial proseslәrin bütün aspektlәri qiymәtlәndirilib.

Bәyannamәdә hәmçinin deyilir: ‘‘Rusiya Federasiyası ilә Ukrayna arasındakı gәrginlik müzakirә olunub. İclasda gərginliyin artmasının heç bir tərəf üçün müsbət nəticələnməyəcəyi qeyd olunub. Bütün tәrәflәrә sağlam düşüncə ilə gərginliyi azaltmaqla bağlı çağırış edilib. Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlər və onların təkmilləşdirilməsinə verilən əhəmiyyət vurğulanıb.Beynәlxalq hüquq normalarını pozan, әldә olunan razılaşmalara baxmayaraq adaları silahlandırmağa davam edәn  Yunanıstana dialoq vә әmәkdaşlıqla bağlı çağırışlara sәmimi cavab vermәsi ilә әlaqәdar çağırış edilib. Egey vә Aralıq dәnizlәrindәki qanuni haqqımız vә maraqlarımızı müdafiә etmәk mәsәlәsindәki qәtiyyәtimiz bir daha vurğulanıb’’.



Әlaqәli Xәbәrlәr