Prezident Ərdoğan Gülhanə məscidinin açılış mərasimində iştirak edib
Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Sağlamlıq Elmləri Universitetinin kampusunda təşkil edilən Gülhanə məscidinin açılış mərasimində iştirak edib.
1769943

Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Sağlamlıq Elmləri Universitetinin kampusunda təşkil edilən Gülhanə məscidinin açılış mərasimində iştirak edib.
Ərdoğan mərasimdəki çıxışında məscidin inşasında əməyi olanları təbrik edib.
Məsciddə kişi və qız tələbələr üçün iş yerlərinin hazırlandığını ifadə edən Ərdoğan Gülhanə Hərbi Tibb Akademiyasının içindəki bu gözəl əsərin ankaralılara xeyirli olmasını arzulayıb.
Prezident Ərdoğanın çıxışından sonra məscidin açılışı dualarla edilib.
Ərdoğan cümə namazını yeni tikilən Gülhanə məscidində qılıb.
Әlaqәli Xәbәrlәr

Türkiyə XİN: "Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir"
Türkiyə Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.