Liviyaya səfər edəcək Türkiyə vətəndaşları üçün viza müraciətində dəyişiklik

Liviyaya səfər edəcək Türkiyə vətəndaşları üçün viza müraciəti dəyişdirilib.

1769563
Liviyaya səfər edəcək Türkiyə vətəndaşları üçün viza müraciətində dəyişiklik

Liviyaya səfər edəcək Türkiyə vətəndaşları üçün viza müraciəti dəyişdirilib.

Bu barədə Türkiyənin Tripoli səfirliyinin rəsmi "Twitter" hesabında məlumat verilib.

Açıqlamada “Liviya hakimiyyəti tərəfindən 16 yaşına çatmamış və 55 yaşdan yuxarı adi pasporta malik vətəndaşlarımızın Liviyaya giriş vizasından azad edilməsi, ölkəmizin iş adamlarına isə bir illik mütəəddid (birdən çox dəfə) giriş vizasının verilməsi  qərara alınıb" ifadəsi yer alıb.

Açıqlamada həmçinin Liviyaya səfər etməyi planlaşdıran vətəndaşların Türkiyənin Tripoli səfirliyindən və ya Misrata Baş Konsulluğundan məlumat almalarının faydalı olacağı xatırladılıb.

Xidməti pasport, dövlət məmurlarına verilən yaşıl pasport və diplomatik pasport sahibləri Liviyaya vizasız gedə bilərlər.



Әlaqәli Xәbәrlәr