Mustafa Varank: ‘‘Milli Texnologiya Hərəkatının daha bir qürurverici günü’’

Norveçin Stavanqer şəhərində Türkiyənin "Karsan" şirkətinin istehsal etdiyi sürücüsüz avtobuslar istifadəyə veriləcək.

1766714
Mustafa Varank: ‘‘Milli Texnologiya Hərəkatının daha bir qürurverici günü’’

Norveçin Stavanqer şəhərində Türkiyənin "Karsan" şirkətinin istehsal etdiyi sürücüsüz avtobuslar istifadəyə veriləcək.

Türkiyənin "Karsan" şirkəti tərəfindən istehsal olunan səkkiz metr uzunluğa malik elektrik avtobusu 21 oturacaqdan ibarətdir. Mәlumata görә, avtobus ilk olaraq “Forus Biznes Parkı”nda sınaqdan keçirilir.

Məlumata görə, ümumi tutumu 50 sərnişinlik, özü idarə olunan avtobus 2022-ci ilin aprel ayından etibarən şəhərin mərkəzi rayonunda iki illik sınaqdan keçiriləcək.

Türkiyәnin sәnaye vә texnologiya naziri Mustafa Varank sözügedәn avtobusla bağlı rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Avtobusu istehsal edәn şirkәti tәbrik edәn Mustafa Varank deyib: ‘‘Milli Texnologiya Hərəkatının daha bir qürurverici günü! Avropada ilk dəfə olaraq pilotsuz avtobus ictimai nəqliyyat sisteminə inteqrasiya olunacaq və şəhər nəqliyyatında istifadə ediləcək”.



Әlaqәli Xәbәrlәr