Prezident Rəcəb Tayyib Ərdoğan: "Sülh üçün vasitəçilik edə bilərik"

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranına münasiət bildirib.

1766501
Prezident Rəcəb Tayyib Ərdoğan: "Sülh üçün vasitəçilik edə bilərik"

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna böhranına münasiət bildirib. 

Ərdoğan İstanbulda gündəmi dəyərləndirərkən deyib:

"Rusiya - Ukrayna gərginliyində  İşğal və ya müharibənin başlanması istiqamətində hər hansı bir inkişaf regionun sülhü üçün çox ciddi pozuntu təşkil edər. Bu bölgəni ciddi şəkildə narahat edəcəyi üçün biz Türkiyə olaraq 40 milyona yaxın əhalisi olan Ukraynada və Rusiyada iğtişaşların yaranması ilə razılaşmırıq. Türkiyənin Rusiya ilə əlaqələri var. Türkiyə-Rusiya münasibətləri bütün məsələlərdə siyasi, hərbi, mədəni zəmində inkişaf etməkdə davam edir. Ukrayna ilə də yaxşıdır. Bu müsbət hadisələri biz Rusiya ilə Ukrayna arasında mənfiliyə çevrilməsini qəbul edə bilmərik". 

Türkiyənin Rusiya ilə Ukrayna arasında sülhün hökm sürməsi üçün vasitəçilik edə biləcəyini ifadə edən Ərdoğan deyib ki, Rusiya ilə Ukrayna arasında sülhün yaranmasına vasitəçi ola biləcəyimizi daha əvvəl də dilə gətirdik. Bu istiqamətdə üzərimizə düşəni edə bilərik. Önümüzdəki günlərdə Ukraynaya səfərim var. Bundan sonra ola bilsin, Moskvaya səfər edim. Biz bölgədə sülhün hakim olmasını istəyirik.



Әlaqәli Xәbәrlәr